XƏBƏR
20:37

  Tariel Qasımovun 80 illik yubileyi keçiriləcək

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Martın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Tariel Qasımovun 80 illik yubiley gecəsi keçiriləcək. Yubiley tədbirində aktyorun keçdiyi ömür və sənət yoluna nəzər salınacaq.


Yaradıcılıq fəaliyyətinin böyük bir hissəsi Gənc Tamaşaçılar Teatrına aid olan sənətkarın bu teatr səhnəsində canlandırdığı unudulmaz qəhrəmanlardan söz açılacaq.


Qeyd edək ki, 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində doğulan Tariel Qasımov 1964-cü ildə Azərbaycan Dövlət Teatr institutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Akademik Milli Dram teatrında aktyor işləyib. 1964-cü ildən (müəyyən fasilə ilə) Gənc Tamaşaçılar Teatrında çalışıb. Bir neçə tamaşanın quruluşçu rejissorudur. 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. 


10 dekabr 2018-ci il tarixində Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətiylə Azərbaycan Respublikasının 3-cü dərəcəli "Əmək ordeni" ilə təltif olunub.




  Yayım tarixi :15 Mart 2019   20:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .