XƏBƏR
12:37

  Oqtay Əsədov: "Aparıcı təşkilatlar Azərbaycanda aparılan sosial islahatları yüksək qiymətləndirir"

Gündəm

Xəbər lenti

2018-ci il ölkəmizin sosial siyasət həyatında ciddi il olub. Ölkə başçısnın Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı iclasında söylədiyi kimi, 2018-ci il Azərbaycanda dərin islahatlar ili oldu.


Agyol.Az xəbər verir ki,bunu Milli məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.


Spiker bildirib ki, bu islahatların nəticələri göz qarşısındadır: "Görülən işlər nəticəsində iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilib. Cari ilin əvvəlində minimum əməkhaqqı, təqaüd və pensiyaların artırılması, eləcə də sosial məsələlərin həlli həyata keçirilən siyasətin nəticəsidir. Aparıcı təşkilatlar bu islahatları yüksək qiymətləndirir. Dünya Bankının hesabatında ölkəmiz əvvəlki illərlə müqayisədə 22 pillə irəliləyib. Digər hesabatlarda da Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Aqrar sahəyə diqqət daha da artırılıb. Valyuta ehtiyatları ötən il 45 milyarda çatıb".




  Yayım tarixi :15 Mart 2019   12:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .