XƏBƏR
11:08

  Metronun "Xətai" stansiyası vaxtından tez istifadəyə veriləcək

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Metronun "Xətai" stansiyasında təmir işlərinin növbəti mərhələsi başa çatmaq üzrədir.


Agyol.Az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.


Onun sözlərinə görə, artıq stansiyada yeni eskalatorların quraşdırılması artıq yekunlaşmaq üzrədir: "Artıq eskalatorların son hissəsi quraşdırılır. Yaxın günlərdə bu proses başa çatacaq. Bundan sonra eskalatorların sazlanması və sınaq yoxlanışı həyata keçiriləcək". B.Məmmədov bildirib ki, bununla paralel olaraq stansiyada digər təmir-tikinti işləri də davam etdirilir: "Stansiyanın bütün infrastrukturu yenilənir. Vestübildə kassa zalı olan hissədə döşəmə işləri aparılır. Təmir işlərində stansiyanın memarlıq üslubu qorunub saxlanacaq".


Qurum təmsilçisi deyib ki, "Xətai" stansiyasında işlər vaxtından əvvəl başa çatdırılacaq: "Biz stansiyanın təmirinin avqust ayında başa çatacağını bildirmişdik. Amma işlər sürətləndiyindən stansiyanı iyul ayında istifadəyə verməyi planlaşdırırıq".




  Yayım tarixi :15 Mart 2019   11:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .