XƏBƏR
19:57

  Baş nazir: "Azərbaycanla Bolqarıstan arasında səmərəli əməkdaşlıq mövcuddur"

Gündəm

Xəbər lenti

Azərbaycanla Bolqarıstan arasında səmərəli əməkdaşlıq mövcuddur.


Agyol.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bolqarıstanın baş naziri Boyko Borisov deyib.


B.Borisov qeyd edib ki, Azərbaycanla Bolqarıstan bir çox sahələrdə. o cümlədən turizm, mədəniyyət və digər sahələrdə səmərəli əməkdaşlıq edir:


"Düşünürəm ki, bu əməkdaşlıq daha da inkişaf etdiriləcək. Bakı Qlobal Forumu ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir".

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.


Mövzusu "Dünyanın yeni xarici siyasəti" olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.


Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

 




  Yayım tarixi :14 Mart 2019   19:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .