XƏBƏR
14:58

  Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bolqarıstanın müdafiə naziri ilə görüşüb

Gündəm

Xəbər lenti

Martın 13-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla Bolqarıstan Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanov arasında görüş keçirilib.

 

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

 

Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.




  Yayım tarixi :13 Mart 2019   14:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .