XƏBƏR
14:50

  Rusiyada terror planlaşdıran şəxs məhv edilib

Gündəm

Xəbər lenti
Rusiyanın Samara vilayətində xüsusi əməliyyat zamanı terror aktı törətməyi planlaşdıran şəxs zərərsizləşdirilib.

Agyol.az-ın məlumatına görə, Rusiya Milli Antiterror Komitəsi xəbər verir ki, martın 13-ü gecə saatlarında Federal Təhlükəsizlik Xidmətinin orqanlarına Bezençuk rayonunun Yekaterinovka kəndindəki evlərdən birində terror aktı törətməyi planlaşdıran silahlı şəxsin olduğu barədə məlumat daxil olub.

Təcili olaraq ərazidə əməliyyata başlanıb. Silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb, döyüş qumbarasından istifadə edib. Lakin qısa müddətdən sonra terrorçu məhv edilib.




  Yayım tarixi :13 Mart 2019   14:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .