XƏBƏR
14:45

  “Baku Open” beynəlxalq turnirində 10-dan artıq ölkədən karateçilər iştirak edəcəklər

Gündəm

Xəbər lenti

Martın 14-dən 17-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Baku Open” beynəlxalq karate turniri keçiriləcək.

 

Agyol.az xəbər verir ki, sayca 10-cu olan bu turnir Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr olunacaq. Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçiriləcək turnirdə 10-dan artıq ölkədən karateçilər iştirak edəcəklər.

 

Fərdi kata və kumite üzrə yarışın birinci günündə böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatami üzərinə çıxacaqlar. Martın 16-da 14-15 yaşlı yeniyetmələr, bir gün sonra isə 6-13 yaşadək uşaqlar qarşılaşacaqlar.

 

Yubiley turnirinin təntənəli açılış mərasimi martın 15-də olacaq.




  Yayım tarixi :13 Mart 2019   14:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .