XƏBƏR
12:18

  “Azərbaycan Dəmir Yolları” Novruz bayramı ilə bağlı gücləndirilmiş iş rejimi tətbiq edib

Gündəm

Xəbər lenti

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamentinin kollektivi Novruz bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır.

 

Agyol.az xəbər verir ki, QSC-dən ə verilən məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

 

Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

 

Sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

 




  Yayım tarixi :13 Mart 2019   12:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .