XƏBƏR
15:26

  Ziyafət Əsgərov: Ermənistan həmişə qorxuda, təzyiq altında olmalıdır, işğalçıya hər zaman təzyiq göstərilməlidir

Gündəm

Xəbər lenti

Ermənistan həmişə qorxuda, təzyiq altında olmalıdır, işğalçıya hər zaman təzyiq göstərilməlidir.

 

Agyol.az xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin Ermənistan tərəfindən narahatlıq doğurmasına münasibət bildirərkən deyib.

 

Z.Əsgərov qeyd edib ki, bu hərbi təlimlər Ali Baş Komandan tərəfindən təsdiq olunur, plan əsasında həyata keçirilir: "Azərbaycan suveren dövlətdir və nə vaxt istəsə, hərbi təlimlər keçirə bilər. Bu bizim suveren hüququmuzdur. Biz bu təlimləri keçirməklə kimlərisə qorxutmaq istəmirik".

 

I vitse-spiker vurğulayıb ki, Ermənistan Azərbaycanın iqtisadi və hərbi gücünü, ölkə rəhbərinin siyasi iradəsini bilir: "Digər tərəfdən, Ermənistan həmişə qorxuda, təzyiq altında olmalıdır, işğalçıya hər zaman təzyiq göstərilməlidir".




  Yayım tarixi :12 Mart 2019   15:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .