XƏBƏR
15:24

  İstanbulda yeni dəmiryol istifadəyə verildi - "Marmaray"a birləşdiriləcək

Gündəm

Xəbər lenti

Türkiyənin İstanbul şəhərində 76,6 km uzunluğa malik yeni Halqalı-Qəbzə dəmiryolu istifadəyə verilib.

 

Agyol.az-ın məlumatına görə, yeni dəmir yolu sahəsi Marmaray dəmiryol tunelinə inteqrasiya olunacaq. Halqalı-Qəbzə dəmiryolunun tikintisi çərçivəsində ümumilikdə 38 yeni dəmiryol stansiyası inşa olunub.

 

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib ki, Halqalı-Qəbzə dəmiryol xəttinin istismara verilməsi sərnişindaşımanın artmasına imkan verəcək. Gündəlik olaraq bu xətt üzrə 1 milyon sərnişin daşımaq mümkün olacaq.

 

Qeyd edək ki, 2020-2021-ci illərdə Türkiyədə nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsinə 64,275 milyard lirə ayrılacaq.

 




  Yayım tarixi :12 Mart 2019   15:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .