XƏBƏR
12:26

  BDU-nun yeni rektorundan ilk Açıqlama

Gündəm

Xəbər lenti

“Biz hər zaman jurnalistlərə, mətbuata açıq olacayıq”

 

Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Elçin Babayevi BDU-ya yeni rektor təyin edib. Ucnoqta.az xəbər verir ki, baş tutan təyinatla bağlı bizimyol.info saytı BDU-nun yeni təyin olunan rektoru Elçin Babayevlə əlaqə saxlayıb. O hər zaman mətbuata açıq olacaqlarını bildirib.

 

“Mən diqqətiniz üçün minnətdaram. Əvvəlcə cənab Prezidentə mənə böyük etimad göstərdiyinə görə təşəkkürümü bildirirəm. Bu təyinat üzərimə böyük məsuliyyət qoyub.”

 

“Təxaminən 15 dəqiqədən sonra təhsil naziri cənab Ceyhun Bayramov məni kollektivə təqdim edəcək. Təqdimatdan sonra işə başlayacayıq. Biz hər zaman mətbuata, jurnalistlərə açıq olacayıq. Hər zaman açıqlama verməyə hazırıq.”




  Yayım tarixi :12 Mart 2019   12:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .