XƏBƏR
11:33

  Silahlılar Suriyada 16 yaşayış məntəqəsini atəşə tutublar

Gündəm

Xəbər lenti

Silahlılar ötən sutka ərzində Suriyanın Hələb, Hama, Latakiya və İdlib əyalətlərinin 16 yaşayış məntəqəsini atəşə tutublar.

 

Agyol.az-ın məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

 

V.Kupçişin deyib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Kinsibba, Kalyat-Marza (iki dəfə), Safsafa (iki dəfə), Saraf, Axç-Baer və Masyaf, Hama əyalətinin Xan-Şeyxun, Tell-Bazzam və Xalfiya, Hələb əyalətinin Tletat (iki dəfə) və Makanis-əd-Duvayri (iki dəfə), İdlib əyalətinin Zahabiya (üç dəfə), Əs-Salahiyə (iki dəfə) və Əl-Vasitə yaşayış məntəqələrini atəşə tutublar".

 

Mərkəz rəhbəri əlavə edib ki, qaçqınların yaşayış yerlərinə qayıtması prosesi davam edir: "Martın 8-i üçün olan vəziyyətə görə 226 118 nəfər qayıdıb".




  Yayım tarixi :12 Mart 2019   11:33

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .