XƏBƏR
17:40

  Prezident İlham Əliyev efiopiyalı və keniyalı həmkarlarına başsağlığı verib

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Efiopiya Prezident Sahle-Uork Zevdeyə başsağlığı verib.

Agyol.az xəbər verir ki, Başsağlığında deyilir: "Hörmətli xanım Prezident, “Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Efiopiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Dövlətimizin başçısı, həmçinin Keniya Prezidenti Uhuru Kenyattaya başsağlığı verib.

Başsağlığında qeyd olunur: “Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərindən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Keniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

 




  Yayım tarixi :11 Mart 2019   17:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .