XƏBƏR
13:06

  Azərbaycan və İtaliyanın bədii gimnastika üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib

Gündəm

Xəbər lenti

Azərbaycan və İtaliyanın bədii gimnastika üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

 

Agyol.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, iki ölkə arasında Desio şəhərində baş tutmuş görüşdə böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Darya Sorokina, qrup hərəkətləri komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, həmçinin gənclər arasında fərdi gimnastlarımız Arzu Cəlilova, Nərminə Səmədova və Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət qrup komandası iştirak ediblər.

 

Qeyd edək ki, mövsümün əvvəlində ənənəvi olaraq yoldaşllıq görüşləri keçirən İtaliya millisinin Azərbaycan komandası ilə ilk görüşü uğurlu keçib. Qarşıda ciddi yarışların gözlədiyi millimizin üzvləri üçün Desio səfəri bir növ yoxlama məşqi olub. İki ayrı milli komanda bir yerdə təcrübə mübadiləsi apararaq öz proqramlarını tam şəkildə icra ediblər. Bununla yanaşı, gimnastlar öz yeni çıxışlarını da təqdim ediblər. Bir gün davam edən görüşdə beynəlxalq yarışlara hazırlıq səviyyəsi də dəyərləndirilib.

 

Yoldaşlıq görüşündən bir gün sonra isə Azərbaycan millisinin baş məşqçisi Mariana Vasileva İtaliya məşqçilərinə master-klas keçib.




  Yayım tarixi :11 Mart 2019   13:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .