XƏBƏR
12:56

  İrəvanda sahibkarlar etiraz aksiyası keçirib - VİDEO

Gündəm

Xəbər lenti

İrəvanda qazlı içkilərin istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri bu gün səhər saatlarından etibarən Ermənistanın hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.


Agyol.az xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin yürütdüyü vergi siyasətinə qarşı çıxaraq Vergi Məcəlləsi layihəsində nəzərdə tutulan yükün, xüsusən də aksiz vergisinin azaldılmasını tələb edirlər.

 

Etirazçıların sözlərinə görə, bu verginin artırılması qazlı içkilərin qiymətlərinin də bahalaşmasına gətirib çıxaracaq ki, nəticədə istehlak bazarında tələbatın və dolayısı ilə də, istehsalın azalmasına, sahibkarların müflisləşməsinə səbəb olacaq.

 

Aksiyaçılar əllərində “Mən limonadın bahalaşmasının əleyhinəyəm!”, “İşsiz qalacam!”, “Hökumət orta sahibkarlığı öldürür!”, “Qazlı içkilərin bahalaşmasına “yox” de!” kimi şüarlar yazlıan plakatlar tutublar.




  Yayım tarixi :11 Mart 2019   12:56

 








Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .