XƏBƏR
14:57

  Novruz yarmarkasında məhsullar bazar qiymətindən xeyli ucuzdur

Gündəm

Xəbər lenti
Martın 9-da paytaxtın Nizami rayonunun Naxçıvanski küçəsi, 74 ünvanında (8-ci kilometr yarmarkası) kənd təsərrüfatı məhsullarının növbəti Novruz yarmarkası təşkil olunub.

Səhər saat 9:00-dan açılan yarmarkada respublikanın müxtəlif bölgələrindən gələn fermerlər rayon sakinlərinə öz məhsullarını təklif edirlər. Məhsullar müxtəlif çeşiddə olmaqla, bazar qiymətindən xeyli ucuzdur. Yarmarkadakı qiymətlərdən razılıq edən alıcılar onlara yaradılan şəraitə görə dövlətimizə öz minnnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün fəaliyyət göstərəcək.




  Yayım tarixi :09 Mart 2019   14:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .