XƏBƏR
13:58

  XƏBƏRDARLIQ: Yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var

Gündəm

Xəbər lenti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qar uçqunu ilə bağlı xəbərdarlıq edib.

 

Agyol.az xəbər verir ki, Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 10-dan 13-dək cənub-qərb küləyinin arabir güclənməsi, temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.

 

Qeyd edək ki, sabah rayonlarda havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.




  Yayım tarixi :09 Mart 2019   13:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .