XƏBƏR
10:00

  Bu günün HAVA PROQNOZU - Bahar havası olacaq

Gündəm

Xəbər lenti

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti mülayim və yağmursuz proqnozlaşdırılıb.

 

Agyol.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti təşkil edəcək.

İstirahət günlərini paytaxtdan kənarda keçirmək istəyənlər üçün da hava şəraiti əlverişli olacaq. Belə ki, Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti təşkil edəcək.




  Yayım tarixi :09 Mart 2019   10:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .