XƏBƏR
22:59

  İlk azərbaycanlı şəfqət bacısı olan Nigar Şıxlinskaya birinci dünya müharibəsinin iştirakçısı olub

Gündəm

Xəbər lenti

İlk azərbaycanlı şəfqət bacısı olan Nigar Şıxlinskaya birinci dünya müharibəsinin iştirakçısı olub. O, Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən ilk ali təhsilli azərbaycanlı qadındır. Nigar xanım rus, fransız, ərəb, fars dillərinin mükəmməl bilicilərindən olub.

 

46 yaşlı yaraşıqlı zabit Əliağa Şıxlinski ilə rastlaşan Nigar xanım 1909-cu il 27 oktyabr tarixində ona ərə gedir.

 

Birinci dünya müharibəsinin iştirakçısı olan xanım General Ə.Şıxlinskinin həyat yoldaşı kimi 1914-1918-ci illərdə zabit arvadlarının yaratdığı "Qırmızı xaç" adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilib. Nigar xanım bütün zamanını hospitalda keçirir, yaralılara kömək olaraq onların qohumlarına rus, tatar və qazax dillərində məktublar yazırdı.

 

Əliağa Şıxlinski öz xatirələrində yazıb: "Mənim həyatımın ən xoşbəxt anları Nigar xanımla birlikdə keçirdiyim 22 il olub".




  Yayım tarixi :08 Mart 2019   22:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .