XƏBƏR
22:50

  Məhsəti Gəncəvi XI əsrin sonları-XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsidir.

Gündəm

Xəbər lenti

Məhsəti Gəncəvi XI əsrin sonları-XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsidir. Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şeirlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi olub. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır.

 

Deyilənlərə görə, Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübai çəkib "Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın". Sultan bu rübaini eşitdikdən sonra şairəni "Mə-histi" ("Ən böyük") adı ilə mükafatlandırmış və onu öz yaxın əhatəsinə qəbul edib. Məhsəti ömrünün çox hissəsini Gəncədə keçirmiş, Sultan Məhəmmədin və onun oğlu Sultan Mahmudun saray həyatında yaxından iştirak edib.

 




  Yayım tarixi :08 Mart 2019   22:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .