XƏBƏR
16:06

  Şamaxıda evi inşa edilən sakin: Prezident verilən sözə əməl etməyin nümunəsini göstərdi

Gündəm

Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxı rayonlarına səfəri zamanı sakinlərlə görüşü bir şamaxılı kimi məni də fərəhləndirdi.

 

Agyol.az xəbər verir ki, bunu açıqlamasında bu ilin fevralın 5-də baş verən zəlzələ nəticəsində yaşadığı evi tam qəzalı vəziyyətə düşən Şamaxı sakini Vüqar Teyfurov deyib.

 

Rayon sakini bildirib ki, dövlət başçısı ilə şəxsən görüşüb: "Fevralın 5-də baş verən zəlzələ nəticəsində ailəmlə birlikdə yaşadığım ev qəzalı vəziyyətə düşdü və məcburən evi tərk edib qohumlarımızın evində məskunlaşdıq. Qısa müddət ərzində dövlət başçısı hadisə ilə bağlı göstəriş verdi və dağılan evlərin tikintisi üçün vəsait ayrıldı. Sonra mənim ailəm üçün yeni ev inşa olundu və bizə təhvil verildi. Martın 7-də cənab Prezident özü şəxsən yeni inşa edilən evə gəldi, ailəmizlə görüşdü, yaradılan şəraitlə tanış oldu və problemimizlə maraqlandı. Təbii ki, problemimiz ev problemi idi və o da həll olundu. Buna görə cənab Prezidentə minnətdarlığımı bildirirəm. Prezident verilən sözə əməl etməyin nümunəsini göstərdi. Ölkə başçısı bir daha təsdiqlədi ki, o, hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının prezidentidir və hər zaman xalq üçün çalışır.

 

Səfər çərçivəsində Prezident digər sakinlərlə də görüşdü, onların problemləri ilə özü maraqlandı. Bütün Şamaxı sakinləri uşaqdan böyüyə kimi hər biri Prezident İlham Əliyevi dəstəkləyir və ona inanır".

 

Qeyd edək ki, fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır.

 

Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev martın 7-də Şamaxı rayonuna səfərə gəlib.

 




  Yayım tarixi :08 Mart 2019   16:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .