XƏBƏR
12:53

  Argentina Futbol Federasiyası Messinin Mərakeş yığması ilə oyunda zədələnməməsi üçün şərt qoyub

Gündəm

Xəbər lenti
Argentina Futbol Federasiyası Lionel Messinin milli komandanın heyətində Mərakeş yığması ilə görüşdə zədələnməsinin qarşısını almaq üçün maraqlı addım atıb.

Agyol.az xəbər verir ki, federasiya martın 26-da keçiriləcək qarşılaşmada L.Messinin zədə almaması üçün futbolçulara ona qarşı son dərəcə ehtiyatlı olmalarını xahiş edib. Mərakeş Futbol Federasiyası bu xahişə razılıq verib.

Bundan başqa, əldə edilən razılığa əsasən Lionel Messi görüşdə ən azı altmış dəqiqə meydanda olmalıdır.

Xatırladaq ki, 31 yaşlı futbolçu 2018-ci ildə Rusiyada keçirilən XXI dünya çempionatından sonra milli komandaya ilk dəfə çağırılıb. O, millinin heyətində keçirdiyi 128 oyunda 65 qol vurub.




  Yayım tarixi :08 Mart 2019   12:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .