XƏBƏR
12:17

  XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub

Gündəm

Xəbər lenti

O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub. O təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib. Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şeirlərinin əksəriyyəti itib-batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çata bilib.

 

O, xeyriyyəçi, messenat və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olunub. Xurşidbanu Natəvan Şuşada "Məclisi üns" ədəbi məclisinin təşkilatçısı olub. 1973-cü ildə Şuşaya su kəmərini çəkdirib. Bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur.

 




  Yayım tarixi :08 Mart 2019   12:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .