XƏBƏR
12:14

  Ağabacı Rzayeva Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimidir

Gündəm

Xəbər lenti

Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil alaraq onun ən sevimli tələbələrindən biri olub.

 

O həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır. A.Rzayeva Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə "Sənin xatirən" adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işilə anaraq ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir.

 

A.Rzayevanın könül təranələrini ifa etmiş müğənniləri sadalamaqla bitməz – Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehrəliyeva, M.Salmanov, T.Əliyeva, T.İsmayılova, L.İmanov və b. O, geniş kütlələrə ünvanlanan bir sıra əsərlərini xor üçün bəstələyib. 1960-cı ildə ona əməkdar incəsənət xadimi fəxri adı verilib

 




  Yayım tarixi :08 Mart 2019   12:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .