XƏBƏR
12:08

  Qəmər Almaszadə Azərbaycan balerinası, Azərbaycan Respublikası Xalq Artisti, Azərbaycanın ilk balet rəqqasəsi, prezident təqaüdçüsüdür

Gündəm

Xəbər lenti

1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk professional çıxışını edir.

 

Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış edən Qəmər xanım 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur. O, 1950-ci illərdə baleti tərk etsə də 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışıb.




  Yayım tarixi :08 Mart 2019   12:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .