XƏBƏR
11:33

  Bakıda qaydaları pozmayan qadın sürücülər mükafatlandırılır

Gündəm

Xəbər lenti

Bakı Nəqliyyat Agentliyi (BNA), “Avto FM” və Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsi (DYP) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlagədər ənənəvi aksiya keçirir.

 

Agyol.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən aksiya zamanı şəhərin müxtəlif yerlərində qadın sürücülər saxlanılır və il ərzində inzibati xətası qeydə alınmayan, saxlanılmayan, barəsində inzibati tənbeh seçilməyən qadın sürücülər müəyyən edilir və onlar BNA və DYP əməkdaşları tərəfindən “Nümunəvi qadın sürücü” elan edilərək gül buketi, müxtəlif hədiyyə və kuponlarla mükafatlandırılır.

 

Aksiyaya 8 mart 2019-u il saat 10:00-da “Avto FM” radiosunun canlı efirində start verilib.




  Yayım tarixi :08 Mart 2019   11:33

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .