XƏBƏR
10:53

  Messi DÇ-2018-dən sonra ilk dəfə Argentina yığmasına çağırılıb

Gündəm

Xəbər lenti
"Barselona"nın hücumçusu Lionel Messi qarşıda duran yoldaşlıq oyunları üçün Argentinanın futbol üzrə yığma komandasınının heyətinə daxil olunub.

Agyol.az-ın məlumatına görə, bunu ölkənin Futbol Assosiasiyasının mətbuat xidməti bildirib.

31 yaşlı forvard Rusiyada 2018-ci ildə keçirilən Dünya Çempionatından sonra yığmaya ilk dəfə çağırılıb. 2018-ci ilin iyul ayından argentinalılar 6 yoldaşlıq oyunu keçirib, Messi onların heç birində iştirak etməyib.

Qeyd edək ki, Argentina yığması martın 22-də öz meydanında Venesuela komandası, 26-da isə Mərakeş yığması ilə qarşılaşacaq.




  Yayım tarixi :08 Mart 2019   10:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .