XƏBƏR
13:55

  Bakıda taksilərlə bağlı QAYDALAR DƏYİŞDİ: bundan sonra...

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, Bakı şəhərində taksilərə GPS qurğusunun quraşdırılması məcburiləşdirilib.

 

Nazirlər Kabinetinin təsdiq etdiyi "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də əksini tapıb.

 

Qaydaya əsasən, taksi minik avtomobilləri onların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu ilə təchiz edilməlidir.

 

Qeyd olunub ki, taksilər ən azı "avro-4” ekoloji standartına uyğun olmalıdır.




  Yayım tarixi :07 Mart 2019   13:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .