XƏBƏR
13:20

  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda zəlzələdən zərər çəkmiş ailələr üçün yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər

Gündəm

Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.

 

Agyol.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətindən  verilən məlumata görə, dövlətimizin başçısı yeni binanın təməlini qoydu.

 

Sonra inşaatçılarla xatirə şəkli çəkdirildi.

 

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət etdilər.




  Yayım tarixi :07 Mart 2019   13:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .