XƏBƏR
10:30

  "Mayın sonunda bütün kompensasiyalar ödəniləcək" - Vüsal Qasımlı

Gündəm

Xəbər lenti

"Prezdentin problemli kreditlərlə bağlı fərmanı 10 min ABŞ dollarından çox kredit götürənlərə o zaman şamil edilir ki, onlar 21 fevral 2015-ci ilə qədər kreditinin müəyyən qədər hissəsini ödəyib və 10 min ABŞ dolları qalıq borcu qalıb”.

 

Agyol.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sədri Vüsal Qasımlı deyib. O bildirib ki, vətəndaşlar banklara dəvət olunacaq:

 

"Martın 15-nə qədər Azərbaycanda fiziki şəxslərə kompensasiya ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək. Bundan sonra 1 ay müddətində isə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı prezident fərmanının əhatə dairəsinə düşən vətəndaşların siyahısı tam hazır olacaq. Bundan sonra onlara ödəniləcək kompensasiyaının məbləği də tam müəyənləşəcək və Maliyyə Bazarlarına Nəzarət Palatasının internet səhifəsində açıqlanacaq.

 

Hər bir vətəndaş şəxsiyyət vəsiqəsinin Fin kodunu daxil etməklə ona düşəcək kompensasiyanın məbləğino öyrənə biləcək. Vətəndaşlara bildirmək istəyirik ki, tələsməsinlər, hər kəs 1 dəfə banka dəvət olunacaq. May ayının sonuna qədər bütün kompensasiyalar tam ödəniləcək”.




  Yayım tarixi :07 Mart 2019   10:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .