XƏBƏR
16:53

  Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyəni maraqlandırmaya bilməz

Gündəm

Xəbər lenti

Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyəni maraqlandırmaya bilməz.

 

Agyol.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Onun sözlərinə görə, Ankara Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayırır, çünki Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir.

 

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

 

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.




  Yayım tarixi :06 Mart 2019   16:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .