XƏBƏR
14:25

  Dünyada ilk dəfə: Nobel mükafatı iki dəfə veriləcək

Gündəm

Xəbər lenti

İsveç Kral Akademiyası bu il ədəbiyyat sahəsində Nobel mükafatını iki nəfərə təqdim edəcək. Bu, dünyada ilk dəfə yaşanacaq olay olacaq.

 

Agyol.az bildirir ki, qərarın səbəbi ötənilki Nobel ədəbiyyat mükafatının seksual qalmaqallar, qaliblərlə bağlı məlumatların sızdırılması və maliyyə fırıldaqları ilə bağlı olaraq kimsəyə təqdim olunmamasıdır.

 

Qalmaqalın səbəbkarları İsveç Kral Akademiyasının üzvü, şair Katarina Frostenson və onun əri, 72 yaşlı Jan-Klod Arnodur. Hər şey Arnonun seksual qısnamalarda suçlanmasından başladı. Daha sonra isə bəlli oldu ki, Arno Nobel ədəbiyyat mükafatının laueratları rəsmi şəkildə bəyan edilənədək onların adlarını dəfələrlə sızdırıb. Məsələn, o, 2015-ci ildə Svetlana Aleksieviçə, 2016-cı ildə isə Bob Dilana mükafat verildiyi haqqında əvvəlcədən məlumatlar yayıbmış.

 

Frostenson isə ərinin mədəiyyət mərkəzinə subsidiyalar ayrılması üçün vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

 

Qalmaqaldan sonra Frostenson İsveç Kral Akademiyasının ömürlük üzvlüyündən istefa verib.

 

18 qadın Arnonun seksual qısnamalarına məruz qaldıqlarını deyiblər. Ötən ilin oktyabrında Jan-Klod Arno 2 il müddətinə azadlıqdan məhrum olunub.

 

Nobel ədəbiyyat mükafatının laueratlarının adları bu ilin oktyabrında açıqlanacaq.

 




  Yayım tarixi :06 Mart 2019   14:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .