XƏBƏR
11:57

  Bakı 8 Martda səyahət üçün ən yaxşı şəhərlər sırasında

Gündəm

Xəbər lenti

“TurStat” analitik agentliyi turistlər arasında apardığı internet sorğu əsasında, 8 Mart Beynəlxalq Qadınlar Günü səyahət üçün ən yaxşı şəhərlərin siyahısını hazırlayıb.

 

Siyahının ilk onluğuna Sankt-Peterburq, Paris, Soçi, Roma, Astana, Moskva, Yaroslavl, Minsk, Praqa və Yalta daxil edilib.

 

Agentliyin məlumatına görə, səsvermə zamanı turistlərin 22 faizi Sankt-Peterburq, 18 faizi Paris, 10 faizi Soçi, 9 faizi Roma, 8 faizi Astana, 6 faizi Mosvka, 6 faizi Yaroslavl, 5 faizi Minsk, 5 faizi Praqa və 4 faizi Yaltaya səs verib.

 

8 Mart bayram günündə səyahət üçün ən yaxşı şəhərlərin siyahısında Bakı, Berlin, Qazan və Tallin də var.

 

8 Mart MDB ölkələrində, o cümlədən, Rusiya, Belarus, Azərbaycan və BMT təşkilatı tərəfindən bayram günü hesab edilir.

 




  Yayım tarixi :06 Mart 2019   11:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .