XƏBƏR
10:49

  Nazirlikdən yanğında xəsarət alanlarla bağlı açıqlama

Gündəm

Xəbər lenti
Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın zamanı təcili yardım xidmətinə 22 müraciət daxil olub.

Agyol.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. 

“Səkkiz nəfərə yerində yardım edilib. 14 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Onlardan beş nəfər hospitalizasiya edilib və vəziyyətləri orta ağır qiymətləndirilir.

Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. İki nəfər isə tibbi yardım xidməti çatana qədər hadisə yerində ölüb”, - məlumada qeyd olunub.





  Yayım tarixi :06 Mart 2019   10:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .