XƏBƏR
10:44

  Hindistan-Pakistan arasında atəşkəs pozuldu

Gündəm

Xəbər lenti
Hindistan hərbi komandanlığı çərşənbə gününə keçən gecə mübahisəli Kəşmir bölgəsində atəşkəsin yenidən pozulduğunu açıqlayıb. 

Pakistan qüvvələrinin hindistanlı hərbçilərin mövqelərini atəşə tutduğu və nəticədə, bir əsgərin yaralandığı bildirilir.

Agyol.az xəbər verir ki, Bu barədə “RİA Novosti” məlumat yayıb.

Hindistan Müdafiə Nazirliyi rəsmisi polkovnik-leytenant Devender Anand keçirdiyi brifinqdə sərhədyanı Sunderbani rayonunda, qarşı tərəfin səbəbsiz şəkildə axşam saat 22:30-dan etibarən (Bakı vaxtı ilə 21:00 - red.) minaatanlar və odlu silahlarla atəşkəsi pozduğunu açıqlayıb.

“Atışma 04:30 (Bakı vaxtı ilə 03:00 - red.) radələrinə kimi davam edib. Bizim silahlı qüvvələr bu təcavüzə qətiyyətli cavab verib”, - deyə Anand bildirib.

Son bir neçə həftə ərzində Hindistan və Pakistanın ərazi iddialarının olduğu mübahisəli Kəşmir bölgəsində gərginlik pik həddə çatıb. Eskalasiyaya fevralın 14-də Caiş-i Məhəmməd qruplaşmasından olan terrorçu-kamikadzenin Camma ştatında hərbi polisi daşıyan avtobusların yaxınlığında törətdiyi partlayış səbəb olub.

Terror hücumu nəticəsində 45 nəfər həlak olub. Qanlı insidentdən sonra Hindistan İslamabadı terrorçu qruplaşmaları dəstəkləməkdə ittiham edib. İslamabad bu ittihamları əsassız sayaraq, terror hücumunu birlikdə araşdırmağı təklif edib. İnsident Dehli ilə İslamabad arasında gərginliyi ən yüksək həddə, hətta hava toqquşmaları həddinə çatdırıb.




  Yayım tarixi :06 Mart 2019   10:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .