XƏBƏR
10:19

  Azərbaycan şahmat yığması İngiltərə ilə qarşılaşacaq

Gündəm

Xəbər lenti

Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə komandalararası dünya çempionatında bu gün II turun görüşləri keçiriləcək.

 

Agyol.az xəbər veriir ki, Azərbaycan millisi İngiltərə ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

 

İlk turda Azərbaycan Çinə 0,5:3,5 hesabı ilə uduzduğu halda, İngiltərə Qazaxıstana qalib gəlib - 2,5:1,5.

 

Azərbaycan çempionata Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərlivə Nicat Abbasovla, İngiltərə isə Maykl Adams, Luk Makşeyn, Devid Hauell, Qaveyn Cons və Conatan Spilmenlə təmsil olunur.

 

II turda İsveç - Qazaxıstan, ABŞ - Çin, Rusiya - Misir və Hindistan - İran qarşılaşmaları da oynanılacaq.

 

Qeyd edək ki, ilk turdan sonra Çin, Hindistan, ABŞ, Rusiya və İngiltərə hərəyə 2 xalla ilk 5 pillədə qərarlaşıb. Sonrakı 5 pillədə isə Qazaxıstan, İran, Misir, İsveç və Azərbaycan qərarlaşıb.

 

Dünən kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının ilk turunda Çin yığması ilə üz-üzə gəlib.




  Yayım tarixi :06 Mart 2019   10:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .