XƏBƏR
09:52

  Dünyanın ən böyük aeroportu nə vaxt istifadəyə veriləcək? - FOTO

Gündəm

Xəbər lenti

Pekindəki sayca üçüncü, dünyanın isə ən böyük aeroportu olacaq "Dasin" beynəlxalq hava limanı sentyabrın sonunadək istifadəyə veriləcək.

 

Agyol. az verdiyi məlumata görə,  Çin Mülki Aviasiya Administrasiyasının sədri Fen Cenlin Pekində işə başlayan Çin Xalq Siyasi Məşvərət Şurasının illik iclası zamanı jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, hava limanında əsas tikinti-quraşdırma işləri başa çatıb. Hazırda binada interyerin tərtibatı, avadanlığın quraşdırılması və yoxlanışı həyata keçirilir. Bütün bu işlərin iyunun 30-dək başa çatdırılması planlaşdırılıb. Hava limanında sınaq uçuşları həyata keçirilib, uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparılıb.

 

Qeyd edək ki, Pekinin cənub hissəsində, Xebey vilayətinin Lanfan şəhəri ilə kəsişmədə yerləşən "Dasin" hava limanının 2021-ci ilədək sərnişin ötürmə gücünün illik 45 milyona, 2025-ci ilədək isə 72 milyona, 2040-cı ildə isə 100 milyona çatması gözlənilir. Aeroportun əsas binasının dizayn layihəsi məşhur memar Zaha Hadidə məxsusdur. Ümumi sahəsi 1 milyon kvadratmetrə qədər genişləndiriləcək hava limanının ərazisində dünyada ilk dəfə sürətli dəmir yolu fəaliyyət göstərəcək. Aeroportun 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola salacaq. Hava limanından həm daxili, həm də beynəlxalq uçuşlar həyata keçiriləcək.

 

Hazırda Pekində yalnız daxili uçuşların həyata keçirildiyi "Nanyuan" hava limanı və sərnişin ötürmə qabiliyyətinə görə ABŞ-ın Atlanta şəhərindəki Harstfild-Cekson hava limanından sonra ikinci olan "Paytaxt" beynəlxalq aeroportu fəaliyyət göstərir.




  Yayım tarixi :06 Mart 2019   09:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .