XƏBƏR
16:45

  Ermənistanda yeni hakimiyyət əleyhinə etiraz aksiyası keçiriləcək - KİV

Gündəm

Xəbər lenti

Ermənistanda hakimiyyət əleyhinə etiraz aksiyası keçiriləcək.

 

Agyol.az-ın məlumatına görə, bu barədə Ermənistanın "Qraparak" qəzeti yazır.

 

Qeyd olunur ki, Ermənistan İslahatçılar Partiyasının sədri Vahan Babayan martın sonunda "Vədlərinizi yerinə yetirin!" şüarı altında yeni hakimiyyətin əleyhinə etiraz aksiyası keçirməyə hazırlaşır.

 

Bildirilir ki, V.Babayanın partiyası hazırda baş nazir Nikol Paşinyanın hansı vədlərə əməl edib-etmədiyini aydınlaşdırır, siyahı hazırlayır. Bunda məqsəd yeni hakimiyyətə "güclü və əsaslı zərbə" endirməkdir.




  Yayım tarixi :05 Mart 2019   16:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .