XƏBƏR
16:24

  Ankara və İstanbulda “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək

Gündəm

Xəbər lenti

Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY beynəlxalq təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Ankara və İstanbul şəhərlərində Azərbaycan və Türkiyənin mədəniyyət nazirlərinin iştirakı ilə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək.

 

Agyol.az-ın məlumatına görə, tədbirlər 6 mart 2019-cu il tarixində saat 15:00-da Ankara şəhərində TÜRKSOY-un iqamətgahında, saat 19:30-da Ankara Cumhurbaşkanlığı Simfonik Orkestrasının konsert salonunda və 7 mart 2019-cu il tarixində saat 17:00-da İstanbul şəhərində, Bəyazid, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda keçiriləcək.

 




  Yayım tarixi :05 Mart 2019   16:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .