XƏBƏR
16:06

  ABŞ-ın Etnik Anlaşma Fondu: "Ən çox hörmət olunan müsəlman ölkəsi Azərbaycandır"

Gündəm

Xəbər lenti

"Amerikada yəhudi icması tərəfindən ən çox sevilən və hörmət olunan müsəlman ölkəsi Azərbaycandır".

 

Agyol.az xəbər verir ki, bunu ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayner brifinqdə deyib.

 

Onun sözlərinə görə, fəaliyyətlərini genişləndirərək bura xristian icmalarını da əlavə etmək istəyirlər: "Yevangelistlərin rəhbərini bu gün "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilən konfransa dəvət etdik ki, Azərbaycanda görülən işləri təkcə yəhudilər deyil, onlar da görsünlər. Azərbaycanın dini sahədə gördüyü işlər Amerikada yüksək qiymətləndirilir. Bu, bizim gördüyümüz işlərin tərkib hissədir. Biz istəyirik ki, Amerikada yaşayan xristianlar da Azərbaycanın tolerantlıq nümunəsi, bu sahədə görülən işlərlə bağlı səslərini ucaltsınlar. Biz bu sahədə işlərimizi davam etdirəcəyik və Azərbaycan həqiqətləri gec-tez öz yerini tapacaq".

 




  Yayım tarixi :05 Mart 2019   16:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .