XƏBƏR
15:46

  Bu azərbaycanlı hakimlərə diplomatik pasport veriləcək

Gündəm

Xəbər lenti

Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək.

 

Agyol.az xəbər verir ki, parlamentin martın 5-də keçirilən plenar iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə baxılıb.

 

Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

Onun sözlərinə görə, dəyişiklik qanunun 6-cı (Diplomatik pasport) maddəsinə olunub.

 

“Yəni dəyişikliyə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək”, - deyə komitə sədri əlavə edib.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

 




  Yayım tarixi :05 Mart 2019   15:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .