XƏBƏR
15:28

  Şəhərsalma və Tikinti Məcəlləsi dəyişdirildi

Gündəm

Xəbər lenti
Parlamentin bu gün keçirilən plenar iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilib.

Agyol.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödəniləcək.

Həmçinin, qeyd olunub ki, hazırda məcəllədə ödənişlər yalnız tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün nəzərdə tutulub.

Digər dəyişiklik isə tikinti ilə bağlı cərimələrin 50 faizinin inzibati protokolu tərtib edən qurumun hesabına köçürülməsi ilə bağlıdır.

Bununla bağlı, Məcəlləyə edilən əlavədə qeyd olunur ki, icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürüləcək. 

Bu vəsaitin bölgüsü və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.




  Yayım tarixi :05 Mart 2019   15:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .