XƏBƏR
14:39

  Devid Bekhemə ABŞ-da heykəl qoyuldu

Gündəm

Xəbər lenti

İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhemin ABŞ-da heykəli ucaldılıb.

 

Agyol.az xəbər verir ki, Britaniya mətbuatının yaydığı xəbərə görə, veteran futbolçunun sabiq klubu “Los Anceles Qalaksi”nin təşəbbüsü ilə inşa edilən heykəlin ötən günlərdə açılışı olub.

 

MLS tarixində heykəli ucaldılan ilk futbolçu olan Bekhem təqdimat mərasimində bu sözləri deyib: “Bizim şəhərimiz, bizim evimiz. Ailəmlə birlikdə bura gəldiyim ilk gündən bəri özümü evimdə kimi hiss etdim və buna görə sizə sonsuzadək minnətdar olacağam”.

 

Qeyd edək ki, “Mançester Yunyated”, “Real”, “Milan” kimi komandalarda çıxış edən D. Bekhemin son klubu PSJ olub.

 




  Yayım tarixi :05 Mart 2019   14:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .