XƏBƏR
11:08

  Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək və 18 məsələyə baxılacaq

Gündəm

Xəbər lenti

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

 

Agyol.az-ın məlumatına görə, iclasda öncə deputatlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsini müzakirə edəcəklər.

 

Daha sonra İnzibati Xətalar Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, Torpaq Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə, Cinayət Məcəlləsinə, "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Reklam haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Telekommunikasiya haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

 

Ümumilikdə iclasın gündəliyinə 18 məsələ daxildir.

 




  Yayım tarixi :05 Mart 2019   11:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .