XƏBƏR
17:32

  Azərbaycan “Formula 1” qrupu ilə müqaviləni uzatmaqla 50 milyon dollara qənaət edəcək

Gündəm

Xəbər lenti

“Formula 1” qrupu ilə əməkdaşlıq müqaviləsini 2023-cü ilədək uzatmaqla Azərbaycan 50 milyon dollara qənaət edə bilər.

 

Agyol.az xəbər verir ki bunu Bakı Şəhər Halqası əməliyyat şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nigar Arpadarai “Formula 1” yarışlarının keçirilməsinin iqtisadi və sosial faydası” mövzusunda “dəyirmi masa” zamanı deyib.

 

N.Arpadarainin sözlərinə görə, müqavilənin uzadılması Azərbaycana yeni gəlir mənbələri əldə etməyə imkan verir, eyni zamanda bu mənbələrdən, eləcə də sponsorluqdan əldə olunan gəlirlər 50 milyon dollara qənaət etməyə imkan verəcək:

 

“2016-2017-ci illərdə Azərbaycan yarışlardan ümumilikdə 277,3 milyon dollar gəlir əldə edib. Bunlardan 164,2 milyon dolları birbaşa gəlirlərdir. Eyni zamanda 2016-cı ildən bugünədək dolayı gəlirlərin həcmi 14,9 milyon dollar təşkil edib”.




  Yayım tarixi :04 Mart 2019   17:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .