XƏBƏR
17:21

  İnfarkt riskini artiran 5 ilginc səbəb – araşdirma

Gündəm

Xəbər lenti

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada ölümlərin əsas səbəblərindən biri ürək-damar xəstəlikləridir. Tütün məhsullarından istifadənin infarkt riskini artırdığını çoxumuz bilirik. Lakin bəzi fikir vermədiyimiz və heç vaxt eşitmədiyimiz səbəblər var ki, onlar da bu riski artıra bilər.

 

Agyol.az  həmin səbəbləri təqdim edir.

 

Birincisi, diş ipindən istifadə etmək infarkt riskini artıra bilər. Çünki dişlər və ürək bir-birinə düşündüyümüzdən daha sıx bağlıdır. Bəzi araşdırmalar göstərir ki, ağız boşluğu xəstəliyi olanların ürək-damar xəstəliyi riski daha yüksək olur. Diş ətinin qanaması və iltihabı ağızdakı bakteriyaların qana yayılmasına səbəb olur. Bakteriyalar da yüksək səviyyədə müəyyən zülal istehsal edir, qaraciyərlərin iltihabına gətirib çıxarır. Bu isə infarkta və iflicə yol açır. Çıxış yolu müntəzəm çəkildə diş həkiminə getməkdir.

 

İkinci səbəb işdə müdirinə nifrət etməkdir. Müdirinizə nifrət etmək ürəyinizin sağlamlığına ziyan vura bilər. İsveçdə 10 ildən bir aparılan araşdırmaya görə iş yerində rəhbərliklə əlaqələrin pis olması, insanların 100-də 40 faizində infarkt riskini artırır.

 

Üçüncü səbəb travmatik hadisələr olıa bilər. Yəni ani travmatik hadisə, eyni travmatik hadisənin bir neçə dəfə təkrarən yaşanması, yaxın insanlardan birinin ölümü infarkt riskini artıra bilər.

 

Dördüncüsü, özünü yalnız hiss etməkdir. "British Medical Journal”da yayımlanan araşdırmaya görə, daha az sosial bağı olan insanların ürək xəstəliyinə tutulma riski yüzdə 29, infarkt keçirmə riski isə yüzdə 32 faizdir.

 

Beşincisi səbəb kimi depressiya amili göstərilir. Belə ki, depressiya infarkt riski ehtimalının yüzdə 33 fazini təşkil edir. Araşdırmalara görə, depressiyada olan insanlar düzgün qərar qəbul edə bilmirlər və zərərli vərdişlərdən uzaqlaşmaq onlar üçün olduqca çətin olur.




  Yayım tarixi :04 Mart 2019   17:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .