XƏBƏR
16:36

  Bill Qeytsin sərvəti 100 milyarda yaxınlaşır: Son sutkada 47 milyon qazanıb

Gündəm

Xəbər lenti

Dünyanın nə varlı adamlarının siyahısına Ceff Bezos başçılıq edir. "Amazon” şirkətinin rəhbərinin 138 milyard dollarlıq sərvəti var. Bezos son bir ildə var-dövlətini 26 milyard dollar artırıb.

Agyol.az xəbər verir ki, Tezliklə daha bir milyarder "100 milyard” psixoloji həddini keçəcək. Bill Qeyts bu adı əldə edən ikinci adam olmağa çox yaxındır. "Microsoft” şirkətinin rəhbərinin 98,5 milyard dollar sərvəti olduğu bildirilir. Son bir ildə 8,08 milyard dollar artım var. Qeyts təkcə son bir sutkada 47,6 milyon dollar qazanıb. Deməli, iş adamı elə bu il 100 milyard həddini keçə bilər.

 

Dünyanın ən varlı adamlarının siyahısında sonrakı yerləri Uorren Baffet (83,6), Bernar Arno (82,1), Amansio Orteqa (68,0), Mark Zukerberq (64,0), Larri Ellison (56,3), Karlos Slim (56,2), Larri Peyc (56,0), Sergey Brin (54,5) tutur.

 

İlk "10-luq”da adını gördüyünüz adamlardan 7-si amerikalıdır. Yalnız "Louis Vuitton Moët Hennessy” fransız şirkətlər qrupunun prezidenti Bernar Arno, "İnditex”in ispan yaradıcısı Amansio Orteqa və Livan mənşəli meksikalı iş adamı Karlos Slim ABŞ-dan deyil.

 

Son bir ildə siyahıda az dəyişiklik baş verməyib. Təkcə ilk "10-luq”da nəzərəçarpan yerdəyişmə var. Devid və Çarlz Kox qardaşları lidelər qrupunda mövqeyini itirib. Əvəzində "Google” axtarış sisteminin iki yaradıcısı – Larri Peyc və Sergey Brin onların yerini




  Yayım tarixi :04 Mart 2019   16:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .