XƏBƏR
14:50

  Prezident İlham Əliyev Gəncədə abadlıq-quruculuq işlərinə maliyyə vəsaiti ayırıb

Gündəm

Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

 

Agyol.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat ximətindən məlumat verilib.

 

Sərəncama əsasən Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 11,0 (on bir) milyon manat, o cümlədən küçələrin əsaslı təmiri üçün 4,0 (dörd) milyon manat, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1,0 (bir) milyon manat, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6,0 (altı) milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.




  Yayım tarixi :04 Mart 2019   14:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .