XƏBƏR
11:42

  Azərbaycan atleti Avropa çempionu oldu

Gündəm

Xəbər lenti

Azərbaycan atleti Nazim Babayev Avropa çempionu olub.

 

Agyol.az-ın məlumatına görə, idmançımız Şotlandiyanın Qlazqo şəhərində keçirilən yüngül atletika üzrə Avropa çempionatında üç təkanla uzunluğa tullanma yarışında 17.29 nəticə göstərərək qızıl medal qazanıb. Portqaliyalı Nelson Evora 2-ci (17.11), alman Maks Hess isə 3-cü (17.10) olub.

 

N.Babayev bu nəticə ilə həm də öz şəxsi rekordunu yeniləyb.

 

Xatırladaq ki, bundan əvvəl 21 yaşlı atletimiz 2015-ci ildə gənclər, 2017-ci ildə isə 23 yaşlı idmançılar arasında Avropa çempionu olub.




  Yayım tarixi :04 Mart 2019   11:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .