XƏBƏR
11:11

  "Avropa çempionatına vəsiqə qazanmaq istəyirik" - Rövnəq Abdullayev

Gündəm

Xəbər lenti

“Futbolun inkişafına yönələn layihələr davam edir. Avropa Liqasının final oyununun Bakıda keçirilməsi sevindirici haldır”. Agyol.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun növbəti hesabat konfransının açılışında deyib.

 

Qurum rəhbəri ötən ilin çıxışlarından danışıb: “Uğurlarımız bununla bitmir. U-19 millimiz Avropa çempionatının elit-raundunda uğurlu çıxış etdi, həmçinin, “Qarabağ” çıxışını davam etdirdi. Təəssüflər olsun ki, milli komandamız Millətlər Liqasında uğurlu çıxış edə bilmədi. AFFA-nın qərarı ilə baş məşqçimizi dəyişdik. Baş məşqçimiz Nikola Yurçeviçə işində uğurlar arzu edirəm”.

 

Abdullayev millinin hədəfini açıqlayıb: “Millimizi çətin sınaq gözləyir. Komandamıza uğurlar arzu edirik. Avropa çempionatında ilk oyunumuzu Xorvatiyaya qarşı keçirəcəyik. Ümid edirəm ki, ötən ilki uğursuzluqları təkrarlamayacağıq. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Çətin olsa da, şanslarımız var. Komandamıza uğurlar arzu edirəm”.

 




  Yayım tarixi :04 Mart 2019   11:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .